AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Əcəmi Naxçıvani və onun dövrü”

20.04.2026 11:17

17 aprel 2026-cı il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Əcəmi Naxçıvani və onun dövrü” mövzusunda dəyirmi masa keçirilib.

Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov çıxışında Əcəmi Naxçıvaninin Azərbaycan və Şərq memarlıq məktəblərinin yaranmasında və inkişafında xüsusi rol oynadığını vurğulayıb, bildirib ki, böyük memarın yaradıcılığı milli mədəni irsimizin ən qiymətli nümunələrindən biridir.

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtəgin Salamzadə belə elmi tədbirlərin keçirilməsinin milli irsin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Professor Ərtəgin Salamzadə “Dövrünün görkəmli memarı” mövzusunda geniş şəkildə çıxış edərək Əcəmi Naxçıvaninin memarlıq irsinin yaranması və inkişafı xüsusiyyətlərini, başqa memarlıq məktəblərinə təsirini geniş şəkildə təhlil edib. AMEA-nın müxbir üzvü məruzəsində bildirib ki, Əcəmi Naxçıvaninin yaratdığı memarlıq ənənələri əsrlər boyu davam edərək Azərbaycan memarlıq məktəbinin formalaşmasına ciddi təsir göstərib.

Dəyirmi masada “Azərbaycanın VII–XIV əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nazilə Soltanova “Əcəmi Naxçıvaninin memarlıq məktəbi”, şöbənin doktorantı Turan Babayeva “Əcəmi Naxçıvaninin yetişdiyi siyasi mühit” mövzusunda çıxış eiblər. Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

________________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: