AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Tarixçi: həyatı və yaradıcılıq yolu”

03.04.2026 12:10

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 02 aprel 2026-cı il tarixində “Elm günü” münasibətilə “Tarixçi: həyatı və yaradıcılıq yolu” adlı növbəti tədbir baş tutub.

“Açıq qapı günləri” çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə gənc alim və mütəxəssislərlə görüşüb.

Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri, professor Tofiq Mustafazadə həyatı, elmi fəaliyyəti, tədqiqatları barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Tədbir gənc tədqiqatçılar üçün faydalı müzakirələrlə yadda qalıb.

Görüş “Gənc Tarix” layihəsi çərçivəsində yayımlanacaq

______________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

????070-253-75-93

info.tarixinstitutu@gmail.com

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: