AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda “Açıq qapı” günləri keçirilir

12.03.2026 22:30

“Elm günü” münasibəti ilə Tarix və Etnologiya İnstitutunda “Açıq qapı” günləri keçirilir. Mart ayının 11-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Qafqazşünaslıq” ixtisası üzrə tələbələri Ələkbər Həsənli, Zəhra Mirzəyeva, Hüseyn Kərimov instituta gəlib. İnstitutla ümumi tanışlıqdan sonra Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev institutun tarixi, elmi həyatı, tarixi tədqiqatlar, nəşr olunan kitablar haqqında danışıb. 

Elmi katib, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Əliyev institutda aparılan etnoloji tədqiqatlar haqqında məlumat verib, Novruz bayramının tarixi və ənənələri haqqında danışıb. Sonda tələbələrin sualları cavablandırılıb, maraqlı müzakirələr aparılıb.

Paylaş: