29.04.2025 11:18
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Nazim Məmmədovun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq prosesi (2021-2024-cü illər” kitabı (252 səhifə) nəşr olunub. “ADPU” nəşriyyatında çap edilən kitabın elmi redaktoru A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”nın müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev, rəyçilər tarix elmlər doktoru, professor Mais Əmrahov, tarix elmləri doktoru, dosent Ədalət Qasımov və tarix üzrə fəlsəfə doktoru Rəna Baxışovadır.
Kitabda Azərbaycan tarixində bənzəri olmayan parlaq qələbələrin nəticəsində yeni çağırışların və reallıqların meydana çıxmasından, hərbi sahədə qazanılmış Zəfərin diplomatik arenada və quruculuq meydanında möhkəmləndirilməsi üçün yeni hədəflər müəyyən olunmasından bəhs edilir. Eyni zamanda, bu istiqamətdə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması, Ermənistan silahlı birləşmələrinin "yeraltı müharibəsi"nə (mina terroruna) qarşı mübarizə, COP 29 və Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə ekoloji sivilizasiya konsepsiyası, Ermənistanın Azərbaycana qarşı su terroru və onun aradan qaldırılması tədbirləri, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonasının yaradılması və əhəmiyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində zəngin turizm potensialı, yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması, tarixi torpaqlara Böyük Qayıdış məsələləri təhlil və tədqiq olunur.
______________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir