AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Güntəkin Nəcəfli. Rusiya imperiyası  və  ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII-XIX əsrin əvvəlləri)

Müəllif Güntəkin Nəcəfli
Nəşr olunduğu il 2025
Bölmə tarix
Səhifə sayı 448
Dil Azərbaycan dili
Baxış sayı 452
Yükləmə sayı 42

Güntəkin Nəcəfli. Rusiya imperiyası  və  ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII-XIX əsrin əvvəlləri). Bakı, “Nəşriyyat” şöbəsi, 2025,-448s.
 
Monoqrafiyada XVIII əsr və XIX əsrin  əvvəllərində Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti qurmaq fəaliyyəti  ilk  dəfə  kompleks  şəkildə  tədqiq  edilir. Kitabda ermənilərin Azərbaycan dövlətlərinə  qarşı separatçı fəaliyyəti,  Avropa və Rusiya hakim dairələrinə təqdim etdikləri plan və  layihələr,  Rusiya çarları –I Pyotr, II Yekaterina  və  I Nikolayın  ermənilərdən   alət  kimi istifadə etməsi,  II Yekaterina sarayında hazırlanan hərbi planlar,  Azərbaycan torpaqlarında  “Albaniya çarlığı”,  “Ararat krallığı” və s. adlanan Rusiyanın vassal asılılığında  olan  xristian qurumların yaradılması planları, ermənilərin Qacarlar İranı və Osmanlı dövləti ərazisindən işğal olunmuş Azərbaycan  torpaqlarına   xüsusi   məqsədlə   köçürülməsi  və digər məsələlər yeni arxiv sənədləri, ermənidilli qaynaqlar və  müxtəlif elmi ədəbiyyat əsasında araşdırılır.

Paylaş: