AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Azərbaycan və Çin Böyük İpək Yolunda” adlı dəyirmi masa keçiriləcək

11.10.2019

Oktyabrın 14-də, saat 11:00-da “Azərbaycan və Çin Böyük İpək Yolunda” mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masada AMEA-nın Tarix İnstitutunun alimləri və Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) Dünya Tarixi İnstitutunun direktoru, professor Van Çaoquanqın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcəklər.

Tədbirdə AMEA-nın Tarix İnstitutu ilə ÇİEA-nın Dünya Tarixi İnstitutu arasında hər iki ölkədə Azərbaycan-Çin əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması barədə müqavilə imzalanacaq.

Dəyirmi masa AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

Paylaş: