

13.03.2026
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Bizim ailəmiz türk dünyasıdır” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd türk xalqlarının ortaq tarixi köklərinin, zəngin etno-mədəni irsinin və folklor ənənələrinin elmi müstəvidə araşdırılması, bu istiqamətdə aparılan tədqiqatların müzakirəsi və türk dünyası alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsidir.
Tədbirdə Azərbaycanla yanaşı, müxtəlif türk dövlətlərindən və türk xalqlarının yaşadığı ölkələrdən alim və tədqiqatçıların iştirakı gözlənilir. Konfrans çərçivəsində türk xalqlarının tarixi, etnologiyası, folkloru, mədəni irsi və müasir inteqrasiya proseslərinə dair məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.
17 mart 2026-cı il, saat 10:00
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 117
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası
II mərtəbə, Kiçik akt zalı