AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix və Etnologiya İnstitutunda ixtisas və fərq imtahanları keçirilib.

19.12.2025

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda 17 dekabr və 19 dekabr 2025-ci il tarixlərində fəlsəfə doktoru hazırlığı üzrə ixtisas və fərq imtahanları keçirilib. İmtahanlar AMEA Prezidentinin qış imtahan sessiyasının keçirilməsi haqqında 12 noyabr 2025-ci il tarixli 184 nömrəli sərəncamına əsasən baş tutub. “Ümumi tarix”, “Beynəlxalq münasibətlər tarixi”, “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları”, “Tarixin əsasları” ixtisas fənnləri üzrə imtahanlarda iştirak üçün 7 namizəd müraciət edib. Onlardan 5 nəfər müsbət nəticə göstərərək müvafiq elm sahəsi üzrə dissertasiyanın müdafiəsinə buraxılıblar.

Təhsil şöbəsi

           

Paylaş: