

19.12.2025
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d. Səidə Hacıyeva və böyük elmi işçisi Şəhla Məmmədli “Azərbaycan Respublikasının Baltikyanı ölkələrlə əlaqələri” və “Azərbaycan Respublikasının Polşa Respublikası ilə əlaqələri” mövzuları üzrə tədqiqat işlərində Lənkəran şəhərinin iştirakını araşdırmaq üçün AMEA Lənkəran Regional Elmi Mərkəzində ezamiyyətdə olublar.
Qonaqlar mərkəzin “Ümummilli Liderin 100 illiyi adına” kitabxana ilə tanış olub, fikir mübadiləsi aparıb, onlar üçün mərkəzin elmi bazasının materiallarından istifadə etmələri üçün lazımi şərait yaradılıb.
______________
İctimaiyyətlə əlaqələr şöbəsi
070-253-75-93
info.tarixinstitutu@gmail.com
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir