AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

19.06.2019

Hörmətli KİV nümayəndələri! 

İyunun 20-də, saat 11:00-da "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans olacaq. 

Beynəlxalq elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.

Elmi konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər. 

Konfrans AMEA-nın əsas binasının kiçik akt zalında (2-ci mərtəbə) olacaq. 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 115.

Paylaş: