AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix institutunun magistri olmaq istəyənlərin nəzərinə!

30.05.2019

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır.

Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

Qəbul planına əsasən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üçün “Azərbaycanın yeni və ən yeni tarixi” (1 yer), “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı” (1 yer), “Qədim dünya tarixi” (1 yer), “Orta əsrlər tarixi” (1 yer) ixtisasları üzrə plan yerləri nəzərdə tutulmuşdur.

Paylaş: