AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Elan

16.09.2025

AMEA. A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin təşkilatçılığı ilə 15 oktyabr 2025-ci il üçün nəzərdə tutulan “Azərbaycan orta əsrlər tarixinin aktual problemləri” adlı Respublika Elmi Konfransı keçiriləcək

Əsas elmi istiqamətlər:

- Azərbaycan orta əsrlər tarixinin mənbəlləri və tarixşünaslığı,

- Orta əsrlərdə Azərbaycanın siyasi və sosial-iqtisadi tarixinin əsas məsələləri,

- Azərbaycan mədəniyyəti orta əsrlərdə,

- Orta əsrlərdə Azərbaycanın beynəlxalq əlaqələri.

Elmi sesiyanın təşkili haqqında:

Elmi sesiyanın dili: Azərbaycan, ingilis və rus.

Keçirilmə formatı: Sesiyanın həm canlı, həm də distant olaraq nəzərdə tutulur.

Tezislər üçün tələblər:

Konfransda iştirak üçün məruzələrin tezisləri (300-500 söz, MS Word redaktorunda, A4 formatında, şrift – Times New Roman, ölçü - 12, interval 1,0) təqdim olunmalıdır.

Tezislər çap olunacaqdır. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

İştirakçılar üçün tələblər:

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, ORCİD kodu göstərilməlidir.

Önəmli tarixlər:

Tezislərin tədqim olunması üçün son tarix 05 oktyabr 2025-ci il. Konfransla bağlı məruzələri tagiyevaferide@gmail.com emailinə göndərməyiniz xahiş olunur.

Qəbul edilmiş tezislər haqqında müəlliflərə məlumat verilməsi: 10 oktyabr 2025-ci il.

Elmi sesiyanın keçirilməsi tarixi: 15 oktyabr 2025-ci il.

Təşkilat komitəsi:

AMEA Tarix və Etnologiya İnstitutu

Tel.: +99451-496-16-12

E-mail: tagiyevaferide@gmail.com

Əlaqə nömrəsi: 051-496-16-12.

Paylaş: