
15.09.2025
Bu günlərdə Seulda (Cənubi Koreya) “İpək yolu boyunca Novruz ənənələri: ortaq mədəni irsin sosial-mədəni əhəmiyyəti” (Nowruz Traditions along the Silk Roads: Sociocultural Significance of Shared Cultural Heritage) adlı kitab nəşr olunub. AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Tarixi etnologiya” şöbəsinin müdiri, t.e.d., dos. İlhamə Məmmədova kitabın həmmüəlliflərindən biridir.
UNESCO-nun nəzdində Asiya-Sakit Okean Regionu Qeyri-maddi Mədəni İrs üzrə Beynəlxalq Mərkəzi (International Information and Networking Centre for Intangible Cultural Heritage in the Asia-Pacific Region under the auspices of UNESCO / ICHCAP) və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (International Institute for Central Asian Studies / IICAS) birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn kitabda İpək Yolu boyunca yerləşən ölkələrdə Novruz bayramının keçirilməsi, bayramın etnik xüsusiyyətləri, oxşar cəhətləri, ortaq irs anlayışı və s. şərh edilir. Novruz bayramı haqqında akademik nəşr sayılan bu əsər Şərq xalqlarının müştərək məişət mədəniyyətinin, adət-ənənələrinin, ümumən tarixi etnologiyasının öyrənilməsinə böyük töhfədir. Kitabın təqdimat mərasiminin 2025-ci ilin noyabrın 8-də Səmərqənddə keçirilməsi nəzərdə tutulur.
https://www.unesco-ichcap.org/board.es?mid=a10501010000...
____________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir