AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“AZƏRBAYCAN MİLLİ MƏTBUATI– 150”

02.07.2025

İclası giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, mətbuat özündə keçmişi, bu günü və gələcəyi birləşdirən tarixdir. Ötən 150 ildə milli düşüncənin, ictimai şüurun formalaşmasında Azərbaycan mətbuatı böyük rol oynayıb, bu gün isə informasiya cəmiyyətinin formalaşmasında əvəzsiz vasitədir.

“Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənov məruzə ilə çıxış edərək bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin baş redaktorluğu ilə işıq üzü görən “Əkinçi” qəzeti cəmiyyətə yeni ideyalar, yeni baxışlar gətirib. Maarifçilik və milli oyanış ideyaları üzərində qurulan “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabi qəzet vasitəsilə xalqın savadlanmasına çalışıb. XIX əsrin ikinci yarısında əsası qoyulan Azərbaycan milli mətbuatı xüsusi ilə XX əsrin əvvəllərində milli azadlıq ideyalarının carçısına çevrilib.

“Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zəfər Kərimov “Azərbaycan milli mətbuatının yaranması, onun inkişafı istiqamətləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Eldar Əliyev “Azərbaycan jurnalistikasının inkişafında Rəhim bəy Məlikovun rolu” adlı məruzələrlə çıxış ediblər. Dəyitmi masada məruzələr ətrafında müzakirələr aparılıb.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: