AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarixçilər Şəki rayonuna elmi ezamiyyətə göndərilib

04.06.2025

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. K.Şükürovun təşəbbüsü ilə “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşları 2-4 iyun tarixində Şəki şəhərinə elmi ezamiyyətə göndərilib.

Əsas məqsəd Qafqaz Albaniyasının tarixi, maddi və mənəvi irsi ilə bağlı tədqiqatları genişləndirmək, indiyədək aparılmış elmi tədqiqatlara yeni dövrün tələbləri baxımdan yanaşmaq, eləcə də yeni elmi faktları aşkarlamaqdan ibarətdir.

Şöbə əməkdaşları Şəki rayonu ərazisindəki Albaniya dövrü memarlıq abidələrini, o cümlədən Kiş ərazisində yerləşən Alban məbədini nəzərdən keçirib, onun memarlıq xüsusiyyətlərini elmi tədqiqatlar müstəvisində yenidən öyrənib, gələcək tədqiqatlarda əksini tapacaq nəticələr əldə ediblər.

Şöbə əməkdaşları Şəki rayonunun Fazil kəndində yerləşən və unikal plan quruluşuna malik Praktik Arxeologiya Muzeyi (“Əbədi sükut dünyası”- Labirint) ərazisində ilkin sahə müşahidələri aparıb, gələcək tədqiqatlar üçün mühüm məlumatlar toplayıblar.

________________

İctimaiyyətlə əlaqələr şöbəsi

info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: