AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olacaq

05.02.2019

Hörmətli KİV nümayəndələri!

6 fevral 2019-cu il, saat 11:00-da akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçiriləcək.

Sizi bu təqdimat mərasiminə dəvət edirik.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.

Təqdimat mərasimi Prezident Kitabxanasında keçiriləcək.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 58.

Paylaş: