28.01.2019
Hörmətli KİV nümayəndələri!
29 yanvar 2019-ci il, saat 14:00-da AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov BDU-nun Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah”mövzusunda ustad dərsi keçəcək.
Sizi tədbirə dəvət edirik.
Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Elmi konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.