AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Qarabağla bağlı sənədli filmin təqdimatı olacaq

21.12.2018

Dekabrın 24-də, saat 15:00-da “Holiday Inn Baku Hotel”də “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimat mərasimi olacaq.

Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alimlər Nazim Mustafa və Ramin Əlizadə, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

Tədbirdə həmçinin, “Cəbrayıl - virtual səyahət” 3D qrafik təsvirli filmin də təqdimatı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: