AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

17.04.2024-cü il tarixində A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə seminar keçirilmişdir.

19.04.2024

Seminarda institutun “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşı Vəliyev Elvin “Tarixçilikdə mənbələrin tənqidi” mövzusunda çıxış etmişdir.

 Məruzədə  qədim mənbələrin etibarlılıq məsələsi, əsas və ikinci dərəcəli mənbələrin fərqi, mənbələrin daxili və xarici tənqiqi və s. məsələlər öz əksini tapmışdır.

 Sonunda İnstitutun elmi işlər üzrə direktor müavini t.e.d İlqar Niftəliyev, “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin müdiri t.e.d Ramil Ağayev, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə və  iclasda iştirak edən  gənc tədqiqatçılar  çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildirmişdilər.
_________
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: