AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul

04.12.2018

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertantura təhsili almaq istəyən şəxslər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) institutun Təhsil şöbəsinə müraciət edə bilərlər.

AMEA-nın əsas binası, 6-cı mərtəbə, otaq 606.

Qeyd: Müraciət üçün tələb olunan sənədlər barədə aşağıdakı linkdən məlumat ala bilərsiniz.

Mənbə: http://science.gov.az/news/open/9269

Paylaş: