AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Cümhuriyyətlə bağlı beynəlxalq konfrans olacaq

24.11.2018

Noyabrın 30-dan dekabrın 1-dək “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans olacaq.

Beynəlxalq konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.

Tədbirin təşkilatçıları Tarix İnstitutu və “Azərbaycan Tarix Qurumu”dur.

Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrdən olan alimlər də məruzələrini təqdim ediblər.

Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir” və “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” adlı bölmələrdə fəaliyyət göstərəcək.

Beynəlxalq konfransın açılış mərasimi noyabrın 30-da, saat 10:00-da AMEA-nın əsas binasının kiçik akt zalında olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: