AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium olacaq - DƏVƏT

12.09.2018

Hörmətli KİV nümayəndələri!

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium işə başlayır.

13 sentyabr, saat 09:30-da Ulu öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı və Bakıdakı Türk şəhidliyi ziyarət olunacaq.

Simpoziumun açılış mərasimi 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının dairəvi zalında (1-ci mərtəbə) olacaq.

Sizi beynəlxalq elmi konfransa dəvət edirik.

Elmi konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

 

Paylaş: