AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Soyqırımın 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

25.04.2018

Hörmətli KİV nümayəndələri!

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq, aprelin 26-27-də Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətidir.

Konfransın açılışı 26 aprel saat 12:00-da olacaq.

Sizi konfransın açılışına dəvət edirik.

Konfransda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən (Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektləri, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraq) görkəmli tarixçilər iştirak edəcəklər.

Tədbirin açılışı Qusar rayon Mədəniyyət Mərkəzində keçiriləcək.

Konfransın bağlanış mərasimi isə aprelin 27-də saat 11:30-da Mədəniyyət Mərkəzində olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: