AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək

20.02.2018

Hörmətli KİV nümayəndələri!

Fevralın 21-də, saat 11:00-da Prezident İlham Əliyevin sərəncamına əsasən elan olunmuş “Cümhuriyyət İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçiriləcək.

Sizi tədbirə dəvət edirik.

Konfransda Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və tarixçi alimlər çıxış edəcəklər.

Tədbir AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: