AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

ELAN

23.09.2022

 

 

 

 

 

 

 

 

 

Şuşa-270: Dünya mədəniyyət mərkəzləri kontekstində

Beynəlxalq konfrans

5-6 dekabr 2022, Bakı

Şəhərlər dünya sivilizasiyasının yaranmasında mühüm tarixi rol oynamışdır. Bir sıra şəhərlər isə tarixi inkişaf istiqamətinə uyğun olaraq, bilavasitə mədəniyyət mərkəzləri kimi formalaşmışdır. Azərbaycanın bütün şəhərləri ölkənin sosial-iqtisadi və mədəni həyatına xüsusi töhfələr vermişdir. Şuşa şəhəri isə ölkənin mədəniyyət paytaxtı kimi önəmli statusa layiq görülmüşdür. Bu hala demək olar ki, dünyanın bütün ölkələrinin şəhərlər tarixində rast gəlmək mümkündür.

Bu baxımdan Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi yeri və rolunun ümumdünya miqyasında nəzərdən keçirilməsi həm elmi-idraki, həm də təcrübi baxımdan əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırır.

Konfransın əsas elmi istiqamətləri, konfransın təşkili, tezislərə dair tələblər və digər əlavə məlumatlarlarla tanış olmaq üçün aşağıdakı faylı yükləməyiniz xahiş olunur:

Yüklə

Paylaş: