03.02.2022
AMEA-nın Tarix İnstitutunda 2 fevral - Gənclər Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İnstitutun Baş Direktoru professor Kərim Şükürov və İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak edib. Görüşdə gənclərin elmi fəaliyyəti ilə bağlı müzakirələr edildi, Gənc Alimlər və Mütəxəssislər Şurası ilə Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşlığının zərurəti vurğulandı. Bundan əlavə, gənclərin mübadilə proqramları ilə bağlı sualları cavablandırıldı, prioritet məsələlərlə bağlı seminar görüşlərin keçirilməsi müəyyən edildi.
Görüşdə Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Leyla Babazadə, Sədr müavini Əsmər Göyüşova, Selcan Məmmədzadə, Şuranın üzvləri Ləman Əsədzadə, Jalə Əhmədova, Aynur Orucova, Fəridə Tağıyeva, Orxan Zeynalov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri İradə Qurbanova gənclərin elmi fəaliyyətini optimallaşdırmaq və daha da irəlilətmək üçün fikirlərini paylaşıblar və şuranın problem və həllyönümlü görüşlərinin gələcək fəaliyyət üçün daha faydalı olacağı vurğulanıb
©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir