AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Bakı Dövlət universitetində Dünya azərbaycanlıları: tarix və müasirlik” IV beynəlxalq elmi konfrans kecirilib.

31.12.2021

AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Dünya azərbaycanlıları: tarix və müasirlik” IV beynəlxalq elmi konfransın açılış mərasimində “Azərbaycan Respublikasının Qarabağ qələbəsini şərtləndirən diplomatik amillər” mövzusu ilə çıxış edib.

L.Hüseynova çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Qarabağ Zəfəri əslində Heydər Əliyevin ideyalarının qələbəsidir. Onun siyasi kursundan bir an belə yan keçməyən dövlətimiz - beynəlxalq hüquq normaları çərçivəsində 30 ilə yaxın Qafqazın geosiyasi mühitini sabitləşməyə imkan verməyən Qarabağ problemini həll etdi. Ümummilli liderimiz Heydər Əliyev Dünya azərbaycanlılarını təşkilatlandıran zaman əslində xalqımızı gələcəkdə bu müqəddəs missiyaya hazırlayırdı. Onun bütün diplomatik addımları da bu böyük Zəfərə hesablanırdı. Məruzədə müharibə dövründəki diplomatik mühit, qələbəni şərtləndirən amillər təhlil edilib. Leyla Hüseynova konfransın proqram komitəsinin üzvü kimi konfransın işində yaxından iştirak edib.

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

634

Охват (люди)

125

Взаимодействия

Продвигать публикацию

23Вы и ещё 22

Комментарии: 5

Поделились: 6

Нравится

Комментировать

Поделиться

Paylaş: