AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

İradə Bağırova beynəlxalq konfransda iştirak edib

23.12.2021

Dekabrın 23-də İsrailin Ariel universitetində Qafqazda və Mərkəzi Asiyada Yəhudi İcmaları Mərkəzi tərəfindən “İdentiklik, milli siyasət və milli tarix: İsrail, Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümunəsində” adlı beynəlxalq konfrans keçirilmişdir. 

 

Konfransda İsraildən, ABŞ-dan,Fransadan, Rusiyadan, Qazaxstandan və Özbəkistandan görkəmli politoloqlar, tarixçilər, etnoloqlar iştirak edərək maraqlı məruzələr ilə çıxış ediblər.

 Azərbaycanı konfransda AMEA Tarix İnstitutunun Ümumi tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru,professor  İradə Bağırova təmsil edib. O, “XX əsrdə Azərbaycanda milli kimliyin formalaşması” məruzəsi ilə çıxış edib. Məruzədə XIX əsrdən başlayaraq XXI əsrə qədər Azərbaycan cəmiyyətində gedən proseslər, milli özünüdərk hissinin formalaşmasında böyük mütəfəkkirlərimizin, mədəniyyət və siyasi xadimlərimizin rolunu xüsusi olaraq vurğulamışdır. Məruzə böyük maraqla qarşılanmış və sonda İradə Bağırova iştirakçıların suallarını cavablandırmışdır.

 

©Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: