AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Azərbaycan albanşünaslığına böyük töhvə: “Qarabağın Alban-Qıpçaq tarixinə dair” kitab nəşr olundu

02.12.2021

Tarixçi alimlər Ramin Əlizadənin müəllifi olduqu “Qarabağın Alban-Qıpçaq tarixinə dair” adlı kitab işıq üzü görüb. Kitabda albanşünaslığın bir çox aktual məsələlərinə toxunulub. “Qarabağın Alban-Qıpçaq tarixinə dair” kitabında Albaniya əhalisinin və hakim sülaləsinin etnik mənşəyi, həmçinin Alban palimpsestlərində türkizmlər, Alban-Qıpçaq kilsələri və onların özünəməxsus cəhətləri haqqında tutarlı dəlillər əsasında yeni mövqe ortaya qoyulmuşdur. Albanşünaslığın tədqiqi sahəsində bir sıra elmi nailiyyətləri özündə əks etdirən bu kitabda həmçinin Alban-Qıpçaq mirasının gerçək tarixinin ermənilər tərəfindən saxtalaşdırılmasından bəhs edilir.

Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

 

 

Paylaş: