AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix İnstitutunda Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olmasının 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

29.11.2021

Giriş sözü Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Türkiyә Cümhuriyyәtinin qurucusu Mustafa Kamal Atatürk Cümhuriyyәtinin әn önәmli şәxsiyylәrindәn  biri olduğun bildirib. Atatürkün yalnız  Türkiyәyә deyil dünyaya da ciddi tәsirlәri olmuşdur. Böyük dövlət xadimi  Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Azərbaycan xalqı böyük öndərin əziz  xatirəsini həmişə öz qəlbində saxlayıb və bu gün də saxlayır. XX əsrin əvvəllərində böyük Atatürkün məşhur kəlamları bu gün də öz aktuallığını saxlayır. Onun “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” tarixi kəlamı bizim üçün həmişə olduğu kimi çox vacibdir.

 

    Ümummilli lider Heydər Əliyev Türkiyə Cümhuriyyətinin mövcudluğunda türk ordusunun və onun Ali Baş Komandanı Mustafa Kamal Atatürkün roluna xüsusi qiymət verərək demişdir: "Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalq qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə Cümhuriyyətinin yaranması; ikincisi, türk ordusunun yaranmasıdır, mən bu gün böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, türk ordusu, türk əsgəri Mustafa Kamal Atatürkün ideyalarına, onun vəsiyyətinə, yoluna daim sadiq olmuşdur".“Türkiyə Cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa Kamal Atatürk demokratik Türkiyənin əsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə çevirmişlər”.Türkiyə ilə Azərbaycan daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

   Daha sonra çıxiş üçün söz Azərbaycan Respublikası yanında DİA-nın kafedra müdiri t.ü.f.d.,dos.F.Əhmədova verildi.O öz çıxışında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən söz açaraq onu böyük türk xalqının xilaskarı və Azəbaycan xalqının dostu kimi qiymətləndirdi.Sonra o, Azərbacan –Türkiyə münasibətlərinin çox həssas sayılan dövrünə-1918-1923-cü illərin  hərbi-siyasi məsələrinə toxunaraq arxiv sənədlərinə istinadən yeni faktları səsləndirdi və bu gün olduğu kimi ,o dövrdə də xalqlarımızın bir yerdə olmalarını bir tarixi və təbii zərurət olduğunu qeyd etdi.

Bundan sonra söz institutun “Azəbaycanın sovet dövrü tarixi” şöbəsinin rəhbəri ,t.ü.f.dos.İ.V.Niftəliyevə verildi. İ.V.Nifəliyev 1920-1922-ci illər Azəbaysan SSR -Türkiyə Cümhuriyyəti münasibətlərinə toxunaraq M.K.Atatürk –Nəriman Nərimanov şəxsiyyətlərinin bu münasibətlərin formalaşması prosesində mühüm rol oynadığını xüsusi olaraq qeyd etdi. Sonra söz “Azəbaycan Xalq Cümhuriyyəti”tarixi şöbəsinin  a.e.i.t.ü.f.d.,dos.V.V.Qafarova verildi.V.V.Qafarov öz çıxışında TC Baş Bakanlıq Arxivinin sənədlərinə istinad edərək  Azəbaycan Xalq Cümhuriyyəti hökumətinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqının miili azadlıq hərəkatına verdiyi yardımdan ,1920-ci ildə Azəbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Türkiyəyə mühacirət edən Azərbabaycan hərbiçilərinin taleyindən söz açdı və 56 nəfər zabitin TC-ti ordusunda xidmət etdiyini söylədi.   

Bundan sonra söz institutun “Ümumi tarix” şöbəsinin.a.e.i.,t.ü.f.d.,Y.F.Əmirovaya verildi .Y.F.Əmirova öz çıxışında XX əsrin 20-30-cu illərində Azərbaycan SSR-Türkiyə Cümhuriyyəti münasibətlərinin tarixinə nəzər saldı və bir sıra maraqlı məqamlara diqqəti cəlb etdi.Məruzələr dinlənildikdən sonra, onların ətrafinda t.e.d V.Ş.Abışov və başqa alimlər maraqlı   çıxışlar etdilər və təkliflər irəli sürüldü.

 

  Dəyirmi masa Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun yekun sözü ilə başa çatdı.

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

Paylaş: