AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Almanların köçkün həyatı” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

20.11.2021

18 noyabr 2021-ci il Alman - Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan Beynəlxalq elmi-praktik konfrans İkinci dünya müharibəsi dövründə (1941-ci ilin oktyabrı) Azərbaycan SSR-də yaşayan almanların deportasiya olunmasının 80 illiyinə həsr olunub.

Konfransda AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi,dosent Nigar Axundova, professor, t.e d.İkram Ağasiyev və dosent,t.ü.f d. Vahabova Esmira geniş məruzələrlə çıxış ediblər.

Nigar Axundova XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycanın Beynəlxalq mədəni əlaqələri tarixindən (Azərbaycan və Almaniyanın timsalında)mövzusunda çıxış edib.

Konfransa qeyd edilib ki, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarına köçmüş almanlar, əsasən Göygöl (Helendorf), Şəmkir (Annenfeld), Tovuz (Traubenfeld) və Ağstafa (Yelizavetinka ) ərazilərində məskunlaşmış, azərbaycanlılarla dostluq və qonşuluq şəraitində yaşayıblar. Bu gün də onların saldıqları abidələr – kilsələr, evlər və s. dövlətimiz tərəfindən qorunub saxlanılır. Azərbaycan tarixinin alman səhifələri zaman-zaman araşdırılıb tədqiq olunur, bu problemə aid kitablar, məqalələr çap olunur, filmlər çəkilir, Azərbaycanın bu multikultural qatı ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

© Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridirhttp://

 

 

 

Paylaş: