AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

20 Yanvar faciəsinə həsr olunan "İstiqlal şəhidləri" mövzusunda elmi konfrans keçiriləcək

16.01.2020

Prezident İlham Əliyevin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamına uyğun olaraq, AMEA-nın Tarix İnstitutunda 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının 30 illiyinə həsr olunan elmi konfrans keçiriləcək.

Konfransda institut alimlərinin məruzələri dinləniləcək, o zamankı hadisələrin iştirakçıları çıxış edəcəklər. Tədbirdə fotoqraflar Qurban Dostəlizadə, İsmayıl Eyyubov və Musa Nəsirovun 20 Yanvar faciəsi ilə bağlı foto-materialları ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunacaq.

Tədbir yanvarın 17-i saat 11:00-da AMEA-nın əsas binasında (kiçik akt zalı, 2-ci mərtəbə, 211-ci otaq) keçiriləcək.

Paylaş: