AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Bakı Avropa Liseyinin şagirdləri Tarix və Etnologiya İnstitutunda olublar

24.04.2024 12:00

23 aprel 2024- cü il tarixində Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun qonağı olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev institutun yaranma tarixi, şöbələri, nəşrləri, tarixçilərin apardıqları tədqiqatlar haqqında şagirdlərə geniş məlumat verib, sualları cavablandırıb.

Sonra şagirdlər institutun şöbələrində olublar. “Azərbaycanın XIV-XVIII əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Nəcəfli “Azərbaycan Səfəvilər və Əfşarlar sülalələrinin hakimiyyəti dövründə” mövzusunda geniş məruzə ilə çıxış edib və şagirdləri maraqlandıran suallara cavab verib.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: