AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

20.04.2024 10:37

Qafqaz Albaniyası 1000 ilə yaxın müddətdə mövcud olmuşdur. Bu dövlət dünya tarixinə verdiyi töhfəsinə görə yeni tarixi model yaratmışdır. Azərbaycan dünya albanistikasının mərkəzinə çevrilmişdir. Azərbaycanda Qafqaz Albaniyasının tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb.

Bunu AMEA Tarix və Etnologiya institutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” XI Beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ən mühüm məsələ Qafqaz Albaniyasının tarixi, coğrafiyası ilə bağlıdır. Bu dövlət Kürün hər iki sahilində yerləşmiş, eyni tarixi coğrafi ərazidə inkişaf etmişdir. Qafqaz Albaniyasının Azərbaycanda elmi şəkildə öyrənilməsi pərakəndə deyil, institusional şəkildə həyata keçirilir. XI konfransa qədər böyük yol keçilmiş, bu vaxtadək ciddi araşdırmalar aparılaraq dərc edilmişdir”, - deyə tarixçi vurğulayıb.
________
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: