AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans öz işinə başlayır

20.04.2024 10:02

Aprelin 20-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icmasının birgə təşkilatçılığı ilə “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI Beynəlxalq elmi konfrans öz işinə başlayır.

konfransın açılış mərasimində AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Türk Tarix Qurumunun rəhbəri, professor Yüksel Özgen, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya İnstitutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, professor Ziyabek Kabuldinov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Azamat Ziyo çıxış edəcəklər.

Konfransın bölmə iclaslarında “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda müzakirələr aparılacaq, Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək.

Konfransın keçirilməsində məqsəd dünya albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr aparmaqdır.

______________
İctimaiyyətlə əlaqələr şöbəsi 

#QafqazAlbaniyası #CaucasianAlbania #КавказскаяАлбания

Paylaş: