AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

29 mart tarixində Tarix İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının iclası keçrilib

29.03.2024 15:11

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Cəmil qızı Nəcəflinin 5503.02 –“Vətən tarixi” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: