AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Azərbaycan xalqının etnogenezinə dair dəyirmi masa keçirilib

26.02.2024 10:43

23 fevral 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan xalqının etnogenezi”adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada geniş məruzə ilə çıxış edən institutun “Müasir etnologiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Xəliyəddin Xəlili Azərbaycan elmində etnik tarix, etnoqrafik, arxeoloji tədqiqatlar çərçivəsində etnogenez probleminə toxunulduğunu, ayrı - ayrı müəlliflərin bu sahədə apardığı tədqiqatları qeyd etdi. Etnogenez mövzusuna həsr olunmuş tədqiqatlarda subyektiv və obyektiv amillərin təsiri xüsusi vurğulandı. Məruzədə Azərbaycan xalqının etnogenezi probleminə Vətən tarixşünaslığında mövcud olan müxtəlif konseptual yanaşmalar barədə geniş bəhs olundu.

Sonda tədbirdə iştirak edən alimlər mövzu ətrafında geniş müzakirələr apardılar.

_____________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

 

Paylaş: