AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilib

26.02.2024 10:41

16 fevral 2024-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi seminar keçirilmişdir.

Seminarda “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi “Rəqəmsal tarix: Вaki neft fəhlələrinin “şəxsi işləri” mövzusunda təqdimatla çıxış etmişdi.

Ahənçi Pərvin 1990-1993-cü illər ərzində M.V.Lomonosov adına MDU-nin Tarix fakültəsinin “Tarixi İnformatika” kafedrasında kompüterin və riyazi üsullarının tarix elmi sahəsində tətbiqi üzrə ixtisaslaşmış, 1993-cü ildə həmin universitetdə “XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı neft sənayesinin fəhlələrinin vəziyyətinin kəmiyyət təhlili (“Nobel Qardaşları” neft hasilatı şirkətinin neft fəhlələrinin “şəxsi işləri” əsasında)” mövzusu üzrə, tarixşünaslıq, mənbəşünalıq, tarix tədqiqtlarının metodları ixtisası üzrə müdafiə etmişdi.

Müasir dünya təcrübəsində elmi tədqiqatlarda rəqəmsallaşma və informasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi irəliləyişlər vardır. Azərbaycanda ictimai-humanitar elmlər sahəsində bu təcrübənin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında müxtəlif dövlət qurumları, idarələr, elmi tədqiqat institutları tərəfindən insan resurslarının idarə edilməsində, dövriyə sənədlərinin komplektləşdirilməsi və arxivləşdirilməsində elektron təminat sisteminin geniş tətbiqindən fərqli olaraq, ictimai-humanitar elmlər sahəsində riyazi metodların və müasir kompüter texnologiyaların tətbiqində böşluq var.

Məruzəçi seminarda bu boşluğun aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin müvafiq arxiv filiallarında küllü miqdarda mövcud olan tarixi mənbələrin kvantitativ metodların tətbiqi ilə elmi dövriyyəyə cəlb etməklə illik hesabtaların məlumatlarını, eynitipli, statistik məlumatlar ehtiva edən sənədlərin informasiya potensialının genişlənməsində, müxtəlif problemlərin tədqiqində daha effektiv olmasını vurğuladı.

Ahənçi Pərvin təqdimatında apardığı elmi tədqiqat nümunəsində ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmiş “Nobel Qardaşları” neft hasilatı şirkətinin neft fəhlələrinin 2000 “şəxsi işləri” əsasında Bakı neft sənayesi fəhlələrinin sosial-iqtisadi vəziyyətini statistik metodlardan və kompüter texnologiyasından istifadə etməklə tədqiq etmişdi”. Təqdimatda neft sənayesi fəhlələrin şəxsi məlumatları - sosial, milli, ailə tərkibinin, peşəkar heyətin karyera yüksəlişlərini və onların vəziyyətinin sistemli təhlili üçün “maşınoxunan” (elektron) formaya salınmasının metodu açıqlanmışdı. Bundan əlavə, Azərbaycan fəhlə sinfinin problemlərinin tarixşünaslığında ilk dəfə olaraq “Nobel Qardaşları” neft hasilatı şirkətinin idarəedilməsi nümunəsindən istifadə etməklə milli qrupların sosial-iqtisadi göstəricilərinin mikroiqtisadi təhlili əsasında işçilərin etnik zəmində ayrı-seçkiliyə məruz qalması problemi qaldırılmış və tədqiq edilmişdir.

Neft sənayesi fəhlələrinin “şəxsi işlərinin” elmi dövriyyəyə daxil edilməsi, bu məlumatların elektron formaya salınmasında və tədqiqində müasir texnologiyadan istifadə edilməsi tarixi mənbənin informasiya potensialını geniş şəkildə artırır, mənbənin daha da effektiv formada öyrənilməsinə imkan yaradır. Beləliklə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan fəhlələrin vəziyyətinin sosial-iqtisadi reallıqlarını dərin və geniş tədqiq etməyə imkan yaradır.

Bu istiqamətin daha da inkişaf etdirilməsi Azərbaycanın digər neft sənayesi firmalarının işçiləri haqqında məlumatlardan (dərinlikdə) və digər növ kütləvi mənbələrdən olan məlumatlardan (genişlikdə) istifadə etməklə elektron məlumat bankının yaradılması imkanlarını açır.

Seminar institut əməkdaşlarının məruzəçiyə ünvanlanmış çoxsaylı suallar və aktiv müzakirə formatında keçirildi.

_____________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: