AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şəhid xanımı, Tarix və Etnologiya İnstitutunun əməkdaşı 11 min dollar tapdı, sahibinə qaytardı

08.02.2024 12:19

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı, Tarix və Etnologiya institutunun " Tarixi Etnologiya" şöbəsinin böyük laborantı Gülnaz Baxşəliyeva paytaxtda böyük miqdarda pul tapıb.

Şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.

Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub.

Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.

____________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: