AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya  İnstitutu  nəzdində fəaliyyət göstərən  ED 1.30 saylı Dissertasiya şurasının  iclası keçirilib

27.01.2024 19:21

25 yanvar 2024-cü il tarixində Tamilla Sabir qızı Kocayevanın 5503.02-“Vətən tarixi” ixtisasında tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması tarixi (1920-1945-ci illər)” mövzusunda təqdim edilmiş  dissertasiya işinin müdafiəsi təşkil olunub. 

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: