AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

15 dekabr 2023-сü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30 saylı Dissertasiya şurasının iclası keçirilib

18.12.2023 10:32

Aygün Səfər qızı Əzimovanın 5503.02-“Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bakı Sovetinin anti-Azərbaycan siyasəti (mart 1917- sentyabr 1918)” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: