AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı Respublika elmi konfransda iştirak edib

15.12.2023 10:24

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN

“TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ŞUŞA” Respublika elmi konfransı keçirilib.

Konfransda tarix institutunun Azərbaycan Respublikası tarixi şöbəsinin aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru,dosent Nigar Axundova "Şuşanın qədim mədəniyyət abidələrinin Azərbaycan memarlıq üslubuna uyğun bərpası" adlı geniş məruzə ilə çıxış edib.

Nigar Axundova qeyd edib ki,qədim tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağ bölgəsi Azərbaycanın tarixi coğrafiyasinin mühüm hissəsidir. Şuşa şəhəri-Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer tutur. Qarabağ milli klassik musiqinin vətənidir. Dünya musiqi sənəti xəzinəsini zənginləşdirən muğam, xalq mahnıları, aşıq musiqisi Azərbaycanın mədəniyyət xadimlərinin yaradıcılığında şərəfli yer tutur. Nəfis memarlıq abidələri - məscidlər, məbədlər, saraylar, alban xristian kilsələri, körpülər, türbələr, xanəgahlar, karvansaraylar və qalalar xalqımızın bədii mədəniyyətinin bir növ “genofondu”nu formalaşdıraraq onun zəngin irsini təşkil etdiyin bildirib.

_______________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: