AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda “Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda konfrans keçirilib

06.12.2023 16:02

Konfransı giriş sözü ilə açan tarix və etnologiya institutunun icraçı direktoru tarix elmləri doktoeu İlqar Niftəliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. “Heydər Əliyev İli” çərçivəsində respublikamızda və ölkə xaricində müxtəlif tədbirlər keçirilir. İ.Niftəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəsinə həsr edilmiş həyat yoluna nəzər salaraq qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Daha sonra tarix elmləri doktoru Ədalət Qasımov "Heydər Əliyev-100: Müasir Azərbaycan dövlətinin banisi və memarı” adlı məruzə ilə çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin yetirdiyi ən parlaq və nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi barədə 29 sentyabr 2022-ci il tarixli sərəncamında qeyd edildiyi kimi Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydət Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığın möhkəmləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, doğma dilə, dinə dəyərlərə bağlı olmağı, tarixi irsi ya.atmağa ictimai fikrə böyük müdrikliklə təlqin edirid. Heydər Əliyevin rəhəbrliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyi, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı.

Bu gün ölkəmiz Heydər Əliyevin siyasətinin uğurlarını hiss edir, ondan hərtərəfli surətdə faydalanır. Ötən dövr ərzində ölkə prezidenti İlham Əliyev bu siyasəti qətiyyətlə davam etdirməklə onu yeni ideyalarla zənginləşdirdi. Bunun nəticəsidir ki, bugün ölkəmiz inkişaf tempinə görə dünya dövlətləri içərisində lider mövqedə dayanır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Azərbaycan Milli Təhlükəsizlik sistemi, ordusu yüksək inkişaf səviyyəsinə çatdırılması bunu İkinci Qarabağ müharibəsindəki uğurlarımız bir daha təsdiq etdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı davamlı təxribatlarına cavab olaraq əks hücum əməliyyatlarına başlayaraq, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin başçılığı altında 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. 10 noyabrda Ermənistan təslim aktına imza atdı. Bununla Azərbaycan ərazi bütövlüyü bərpa olundu, antiterror əməliyyatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başa çatdı.

Bu danılmaz həqiqətdir ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Ermənistan üzərində ki, qələbəsinə tövhə vermişdir.

Dövlət başçısı cənab İlham Əliyevin həm döyüş əməliyyatlarının hazırlanmasında və həyata keçirilməsində, informasiya müharibəsində ardıcıl qətiyyətli mübarizəsi ölkəmizin qalibiyyətini və zəfərini təmin etdi. 2023-cü il sentyabrın 21-də Qarabağda uğurla başa çatdırılmış antiterror əməliyyatı nəticəsində ölkəmizin tarixi əraziləri üzərində suverenliyi təmin edilmişdir. Bu gün azad olunmuş rayonlarda böyük quruculuq işləri uğurla davam etdirilir.

Bu gün Prezidentimiz İlham Əliyev və onun sadiq silahdaşı Mehriban xanım Əliyuevanın rəhbərliyi altında Azərbaycan xalqı qüdrətlə və inamla irəliləyir. Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atır.

Sonra tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Heydər Əliyev və Azərbaycançılıq ideyası” adlı məruzə ilə çıxış edib.Məruzəçi ideologiyanın dövlət quruculuğunda rolunu qeyd edərək, Ümummilli lider Heydər Əliyevin vahid xalq düsturunu təhlil etdi. Xalqımızın Atatürkü adlanan Heydər Əliyevin azərbaycançılıq ideologiyasını Atatürkün milliyyətçilik ideologiyası ilə müqayisə edən L.Hüseynova xalqın tolerant duruşunda ideologiyanın əsas prinsiplərinin rolunu vurğuladı.

Tarix üzrə fələsəfə doktoru ,dosent Nigar Axundova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”adlı məruzə ilə çıxış eddib. Məruzəçi Azərbaycan xalqının milli mədəniyyətinin inkişafı, mənəvi dəyərlərinin, milli-mədəni irsinin qorunması, milli ruhunun, özünüdərkinin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edir, dövlət strukturlarından öz fəaliyyətlərində milli-mənəvi dəyərləri üstün tutmalarını tələb edirdi. Azərbaycan xalqının bədii-estetik, ideya səviyyəsinin yüksəldilməsində, milli-mədəni ehtiyaclarının ödənilməsində mədəni-maarif işinin ən mühüm amillərdən biri olduğunu aydın dərk edən Heydər Əliyev bu sahənin daim diqqət mərkəzində saxlayırdı. Onun Azərbaycan Kommunist Partiyasının qurultaylarında, MK plenumlarında, yaradıcılıq ittifaqlarının qurultaylarında, ədəbiyyat, mədəniyyət və incəsənət tədbirlərində çıxışlarında Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı strateji vəzifələr müəyyənləşdirilmiş, onların həlli yolları göstərilmişdi. Bu vəzifələrin yerinə yetirilməsi ilə müstəqil Azərbaycan Respublikasında milli mədəniyyət sisteminin möhkəm bünövrəsi qoyulmuşdur.

Son illərdə Bakı şəhərində Prezidentin iştirakı ilə açılan Hacı Zeynalabdin Tağıyev, Müslüm Maqomayev şərəfinə ucal¬dılmış abidələr şəhərin simasına xüsusi gözəllik verir. Azərbaycan Respublikası Prezidentinin 11 mart 2020-ci il tarixli 1916 nömrəli məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərində abidəsinin (müəllif: Xalq rəssamı Xanlar Əhmədov), Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli Sərəncamına əsasən SSRİ Xalq artisti Müslüm Maqomayevin Bakı şəhərində abidəsinin (müəllif: Xalq rəssamı Ömər Eldarov) sərəncamlar imzalanmısdır. Prezident İlham Əliyev 12 aprel 2021-ci il Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etmişdir. Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirtdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunur.

Parkda ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. 30 ildir ki, Dağlıq Qarabağ məsələsi şiddətli münaqişəyə çevrilmiş və nəticədə Azərbaycanın sərvətləri dağıdılmış, mənimsənilmişdir, məhv edilmişdir.

Bəyanatda deyilirdi: “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində olan dünya əhəmiyyətli 100. 000-dən artıq mədəniyyət nümunəsi dağıdılmış və qəsb edilmiş, 500-ə yaxın tarixi və 100-dən çox arxeoloji abidənin 22 muzeyin əksəriyyəti tamamilə və ya qismən dağıdılmışdır.

Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, Azərbaycan xalqının folklorunu, musiqisini, ədəbiyyatını və digər mənəvi sərvətlərini ardıcıl və sistemli çəkildi mənimsənilməklə, əslində, işğalçılıq müharibəsini mədəni sərvətlər geniş şəkildə məhv etmişlər.

Bu gün Qarabağ bizimdir və Azərbaycan xalqı bütün mədəniyyət abidələrini bərpa edib xalqımıza qaytaracaq.

Mədəniyyət inkisafı- Azərbaycan Respublikasının inkisafi deməkdir deyə qeyd edib.

Tarix üzrə fələsəfə doktoru ,dosent Tamilla Kərimova-Kocayeva “Heydər Əliyev və müasir Azərbaycan elminin inkişaf istiqamətləri” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, elmdə də sürətli irəliləyiş baş verdi. Azərbaycan elmi, onun əsas mərkəzi olan Elmlər Akademiyası Heydər Əliyevin daim diqqət mərkəzində idi. Ümummilli lider Heydər Əliyevin böyük diqqət yetirdiyi Azərbaycan elminin inkişaf konsepsiyası 2003-cü ildən Prezident İlham Əliyevin dövlət siyasətinin tərkib hissəsi kimi uğurla inkişaf etdirildi. Prezident İlham Əliyev Azərbaycanın güclü, inkişaf etmiş müasir ölkəyə çevrilməsinə yönəlmiş siyasəti çərşivəsində elmin inkişafını da dövlətin əsas prioritetlərindən birinə çevirdi.

varislik ənənəsinin yaşadılması və yaradıcı şəkildə inkişaf etdirilməsi nəticə etibarı ilə ölkəmizin daha da güclənməsinə, sözümüzün dünya miqyasında keçərli olmasına, xalqın daha xoş gələcəyinə və yeni-yeni zirvələrin fəth olunmasına xidmət edir. Zamanın və müasir inkişafın tələbi kimi meydana çıxan bu ideyalar ümummilli lider Heydər Əliyev ideallarının işığında Azərbaycan elminin yeni cəmiyyətin daha da inkişaf etdirilməsi və modernləşdirilməsində daha yaxından və fəal surətdə iştirakına yol açır.

Görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına, dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir.

Sonda tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “Heydər Əliyev və qadın siyasəti” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Azərbaycan qadınına ən yüksək qiyməti Heydər Əliyev verib. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı.

___________________________

İcyimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: