AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutundan kitab hədiyyəsi

25.06.2023 14:33

AMEA Tarix və Etnologiya institutu həm tarixi biliklərin təbliği, həm də tarixçi-mütəxəssislər, tarix müəllimləri, universitetlərin tarix fakültələrinin tələbələri və tarixsevərlərin kitabxanasının daha da zənginləşdirilməsi məqsədi ilə institutun son illərdə nəşr etdirdiyi kitabları oxucularına hədiyyə edir.

Hədiyyə ediləcək kitabların adları və miqdarı təqdim edilən siyahıda sıra sayı ilə göstərilmişdir. Kitabları əldə etmək üçün institutun Təchizat və xidmət şöbəsinə 3-7 iyul müddətində müraciət edib, siyahı üzrə arzu edilən kitabların sıra sayını (məsələn: 1; 7; 15 və s.) bildirmək lazımdır.

Bu müddət başa çatdıqdan sonra, 10-14 iyul müddətində qeyd edilən kitablar (hər bir şəxsə siyahıda olan kitablardan ən çoxu beşinin verilməsi nəzərdə tutulur) institutda müvafiq xidmət tərəfindən komplektləşdiriləcəkdir. 17-21 iyul arasında kitabların təqdim olunması təşkil olunacaqdır.

Kitabların əldə edilməsi üçün baş direktorun adına ərizə və ona qoşma kimi şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

Kitablar aşağıdakı ünvanda veriləcəkdir: Bakı şəhəri, H.Cavid prospekti 115, AMEA-nın Əsas binası, VI mərtəbə; Koordinator Orxan Zeynalov. Əlaqə telefonu: 050 716 58 83

AMEA Tarix və Etnologiya institutunun İctimaiyyətlə əlaqələr şöbəsi

            

Paylaş: