AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib

19.06.2023 15:28

Bu gün AMEA-nın Tarix İnstitutunda “Azərbaycanın yeni və ən yeni tarixi və Azərbaycan tarixinin tarixşünaslığı və mənbəşünaslığı” ixtisası üzrə 2022-2023-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.

İsmayılzadə Şövqiyyə ,Kərimov Anar ,Salmanzadə Könül, Atayeva Nərmin ,Bayramov Bayram ,Rüstəmova Fatimə Müdafiə Şurasının üzvləri və institutun kollektivi qarşısında dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.

Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri, tarix elmləri doktoru, professor Kərim Şükürov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib.

Magistrantlar öz çıxışlarının sonunda institutun direktoru Kərim Şükürov başda olmaqla rəhbərlərinə, müəllimlərinə onlar üçün yaradılan şəraitə və elmi-tədqiqat işlərində qazandıqları uğurlara görə minnətdarlıqlarını bildirmişlər.

                                      

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: