AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunda Milli Qurtuluş Günü qeyd olunub

14.06.2023 15:22

İyunun 14 – də AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclas Milli Qurtuluş Gününə həsr edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Milli Qurtuluş Günü ilə bağlı geniş məlumat verərək Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi günün dövlət bayramı kimi qeyd edilməsinin dərin kökləri olduğunu vurğulayıb. Kərim Şükürov Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. O,Heydər Əliyevin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

          

Tədbirdə İnstitutun icraçı direktoru İlqar Niftəliyev çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını qeyd edib.

           

Elmi Şuranın iclasında məşhur türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Məlikli çıxış edərək bildirib ki,Azərbaycan tarixini öyrənmək, tarixi yaddaşımızı qüvvətləndirmək, həqiqəti dünyaya çatdıra bilmək, milli mənafeyimizi hər şeyin üstündə tutmağı öyrənmək, bir səhfı dəfələrcə təkrarlamamaq üçün imkanlarımızı birləşdirməliyik, qüvvətli olmalıyıq.

İclasın gündəliyində duran əsas məsələ, İnstitutunn struktur tərkibində edilən dəyişikliklə bağlıdır. Rəyasət Heyyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibində olan “Tarixi etnoqrafiya”, ”Müasir dövr etnoqrafiyası” və “Türk xalqlarının etnoqrafiyası” şöbələri Tarix İnstitutunun tərkibinə verilib.

Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: