AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşı dövlət qurumları arasında keçirilən intellektual oyunda iştirak edib

07.06.2023 11:15

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib.

Ümumilikdə 37 dövlət qurumunu təmsil edən komandaların iştirak etdiyi intellektual oyunda Tarix İnstitutunun əməkdaşı Leyla Hüseynova iştirak etmiş və açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətindən bəhs edib.

Qeyd edək ki, intellektual oyun 7 turdan, 42 sualdan ibarət olub.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: