AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun əməkdaşının məqaləsi türk dünyasının görkəmli mütəfəkkiri Mahmud Kaşğarinin elmi-ədəbi irsinə və bütün elm sahələrinə həsr olunmuş beynəlxalq elmi konfransın məruzələr toplusunda nəşr olunub.

27.03.2023 14:48

Fevralın 25-də Hollandiyada ELGER Elm və Tədris mərkəzinin təşkilatçılığı ilə“Mahmud Kaşğari: Türk Dünyasının Ortaq Mirası” adlı XXXV onlayn beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə dünyanın hər yerindən, xüsusilə də türk dövlətlərindən alimlər məruzələrlə çıxış ediblər.

Konfransda Tarix İnstitutunun “Azərbaycanın beynəlxalq əlaqələr tarixi” şöbəsinin elmi işçisi Ağamalıyeva Minarə Səfiyar qızı “44 günlük Vətən müharibəsində Azərbaycan diasporunun Qarabağ uğrunda mübarizəsi” adlı məruzə ilə çıxış edib, konfrans materialı nəşr olunub.

Məruzə konfrans iştirakçıları və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, müəllif beynəlxalq sertifikata layiq görülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: