AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində

15.03.2023 11:53

"Novruz mühazirəsi" ndə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, deputatlar Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Ofelya Salmanova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı professor Ədalət Tahirzadə, əməkdar müəllim Asif Cahangirov, Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Yazıçılar Elçin Hüseynbəyli, Şərif Ağayar, Ağşin Yenisey, elm və ictimaiyyət nümayəndələri, həmçinin KİV nümayəndələri iştirak ediblər, "Novruz mühazirəsi" nin moderatoru yazıçı Elçin Hüseynbəyli belə bir tədbirin Ağalı kəndində keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov "Qələbədən böyük qayıdışa" mövzusunda məruzə ilə çıxış edib. Kərim Şükürov cıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni inkişaf dövrünün əsasını qoyub.

Daha sonra bu mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxış edən digər qonaqlar Ağalı qəsəbəsinin müasir infrastrukturuna diqqət çəkiblər.

Tədbirin sonunda Ağalı kənd orta məktəbinin kitabxanasına hədiyyə olaraq kitablar verilib.

Mühazirədən sonra Ağalı kəndində "Heydər Əliyev - 100" aksiyası çərçivəsində ağaclar əkilib.

Sonda tonqal qarşısında musiqi nömrələri səsləndirilib.

       

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: