AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Məktəblillər Tarix İnstitutunun qonağı olublar

09.02.2023 22:15

Nizami rayonu 129 saylı tam orta məktəbin IX sinif şagirdləri “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tarix İnstitutunda qonaq olublar.

İnstitutun icraçı direktoru İlqar Niftəliyev, elmi katib Ellada Bəkirova və Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov görüşdə Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərindən danışıblar. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti müasir tariximizdə müstəsna yer tutur, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin şahidi oluruq.

Daha sonra şagirdlər Ulu Öndərin həyat və fəaliyyət istiqamətlərini əks etdirən kitablarla tanış olublar.

Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: